Leyla Əliyeva ad günündə məşhurlarla bir arada - FOTOLAR
“Həyat Fondu”nun yaranmasının bir ili tamam olub.
Mynews.az-ın məlumatına görə, bu münasibətlə “Buta Palace”da təntənəli tədbir keçirilib. Mərasimdə ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri, idmançılar, şirkət rəhbərləri, fondun dəstəyi ilə müalicə alan ailələr iştirak ediblər.
“Yardım et, həyat ver” devizi ilə fəaliyyət göstərən Fondun əsas qonağı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olub. Tədbirdə əvvəlcə Azərbaycan dövlət himni səsləndirilib. Daha sonra isə fondun fəaliyyətini əks etdirən çarx nümayiş edilib.
Gecənin aparıcılığı Nərgiz Cəlilova, Nəsib Nur və Kəmalə Piriyeva həvalə edilib. Gecədə xalq artistləri Fidan və Xumaran Qasımovalar, Brilliant dadaşova, Zülfiyyə Xanbabayva, əməkdar artist Lalə Məmmədova mahnılar səsləndirib. İlk olaraq isə səhnəyə Fidan və Xuraman Qasımova bacıları çıxaraq sözləri Leyla Əliyevaya məxsus “Ürək yaddaşı” mahnısını oxuyublar.
Tədbirdə müxtəlif uşaq evlərinin sakinləri, fiziki qüsurlu yeniyetmələr və gənclərin hazırladığı əl işləri xeyriyyə məqsədi ilə satışa çıxarılıb.
Sonda isə “Həyat Fondu”nun təsisçisi Hacı Nuran Hüseynov ona dəstək olan hər kəsə təşəkkür bildirib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1139 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1127 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1127 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1125 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1014 dəfə oxunub