İTV baş direktor axtarır
Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədilə müsabiqə elan edib.
Mynews.az bildirir ki, Şuradan verilən məlumata görə, müsabiqədə iştiraka dair tələblər aşağıdakılardır:
- Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalı;
- Namizəd ali təhsilli olmalıdır.
Əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər aşağıdakı sənədləri 15 may 2018-ci il tarixdən 30 may 2018-ci il tarixədək Milli Televiziya və Radio Şurasına (Ünvan: Bakı şəhəri, Nizami küçəsi 145, Əlaqə: 012 598 36 59) təqdim etməlidirlər:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Əmək kitabçasının surəti
4. Tərcümeyi-hal
5. Kadrların şəxsi uçot vərəqi
6. Ali təhsil haqqında dövlət sənədi
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər müəyyənləşdirildikdən sonra “İctimai Televiziya və Radio Yayımı haqqanda” Azərbaycan Respublikası Qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq seçkinin keçirilməsi üçün namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim ediləcək.
Qeyd edək ki, mayın 11-də İTV açıqlama yayaraq Balakişi Qasımovunİctimai Televiziya və Radio Yayımları şirkətinə baş direktor seçildiyini bəyan edib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 962 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 922 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 913 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 912 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 909 dəfə oxunub