Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Onun yardıma ehtiyacı var - VİDEO

Ağır qan xəstəliyi sayılan xroniki mioleykozdan əziyyət çəkən Heydər Əsgərov kömək üçün aparıcı Hacı Nuran Hüseynovun yaratdığı "Həyat" fonduna müraciət edib. 

Mynews.az-ın məlumatına görə, 18 yaşlı gənc ailənin yeganə oğludur. Gəncə şəhərində yaşayır. Onun təcili ilik sümüyünün transplantasiyasına ehtiyacı var.

Anası Zemfira Cabbarova “Balaca vaxtı qəfildən halsızlaşma oldu. Həkim dedi ki, qırmızı qanı düşüb, ağ qanı artıb. Həkimlər deyir ki, müalicə lazımdır. İlik çatmır, başqa ölkədə müalicəsi var. Buna isə imkanımız çatmır. Mənə yardım etsinlər, tək oğlum var” deyə bildirib. 

Nənəsi Sürəyya Əsgərova isə yeganə oğlan nəvəsindən danışarkən göz yaşlarını saxlaya bilməyib.

Atası Səlim Əsgərov 1991-1993-cü illərdə Ağdərə Tər-Tər ərazisində gedən döyüşlərdə ağır xəsarət aldığı üçün işləmək qabiliyyətini itirib. Ailədə tək çalışan ana Zemfiradır.

Heydərin müalicəsi üçün isə 120 min dollar tələb olunur. Onun əməliyyatı ya Türkiyə, ya da Almaniyada edilə bilər.

Ailə imkanlı şəxslərdən yardım istəyir:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...