Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Təyyarəni təqib edən "uçan boşqab"lar pilotu dəhşətə saldı - VİDEO

Nevada ştatının Las-Veqas şəhərindən Aydaxo ştatının Boys şəhərinə uçan təyyarə izahedilməz hadisə ilə rastlaşıb.

Mynews.az Yenicag.az-a istinadən bildirir ki, ABŞ-ın məxfi “Zona-51” hərbi bazasının yaxınlığından uçarkən, qurumuş Qrum-Leyk gölünün cənub sahilinin üzərində pilot ağ rəngli 2 “uçan boşqab” görüb.

Videodan göründüyü kimi, naməlum obyekt inanılmaz sürətlə təyyarənin yanından keçir, ondan bəzən geri qalır, bəzən isə ona çatır, bəzən də uçuş hündürlüyünü kəskin dəyişdirir. Sanki təyyarə ilə oyun oynayır. Daha sonra isə “gəlmələr” pilotun baxış məsafəsindən uzaqlaşırlar.

Öz çoxillik təcrübəsinə baxmayaraq, pilot qeyd edir ki, heç vaxt belə bir hadisə ilə rastlaşmayıb.

Öz növbəsində, ufoloqlar bildirir ki, bu zonada UNO-lara tez-tez rast gəlinir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...