Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Səhiyyə Nazirliyindən Sabirabaddakı uşaq ölümləri ilə bağlı - AÇIQLAMA

Səhiyyə Nazirliyi Sabirabad Rayon Mərkəzi Xəstəxanasında iki körpənin ölümü ilə bağlı açıqlama verib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Mynews.az-a verdiyi məlumata görə, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1995-ci il təvəllüdlü Yusifova Rəvanə Rahil qızı xəstəxanaya gecə saat 02:30 radələrində ölü döllə daxil olub.

“Ana doğuşa alınıb və doğuşdan sonra ekspertiziyaya verilib.

Doğuş zamanı körpəsini itirən digər şəxs Saatlı rayonu Yeni Novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Saniyə Daxıləli qızı gecə saatlarında xəstəxanaya alınıb. Bu xanımın uşağı isə dölün kəskin hipoksiyası ilə doğulub.

Yəni, göbək ciyəsi uşağa 2-3 dəfə dolanmış vəziyyətdə olub. Bütün reanimasion tədbirlərə baxmayaraq, doğulan uşaq cəmi beş dəqiqə həyatda qala bilib”.

Nazirliyin əməkdaşı hər iki ölümlə bağlı məsələnin Səhiyyə Nazirliyinin xüsusi komissiyası və prokurorluq tərəfindən araşdırıldığını deyib. Qeyd edib ki, ölümün səbəbləri aydın olduqdan sonra mətbuata bu haqda açıqlama veriləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...