Qəzada ölən tələbə nişanlı imiş, bu ay toyu olacaqdı
Sosial şəbəkələrdə Bakı-Sumqayıt yolunda baş verən qəza zamanı həlak olan tələbə Roza Muradovanın atasının bu xəbəri eşitdikdən sonra infarkt keçirərək vəfat etməsi ilə bağlı məlumatlar yayılıb.
Mynews.az xəbər verir ki, Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilova AzVision.az-a bildirib ki, yayılan məlumatlar doğru deyil.
SDU-nun rəsmisi qeyd edib ki, ötən gün universitet rəhbərliyi yas mərsimində iştirak edib və tələbənin atası orada olub.
N.Cəlilovanın sözlərinə görə, Bakı-Sumqayıt yolunda baş verən mikroavtobus qəzası zamanı həlak olan tələbə Roza Muradova nişanlı olub və bu ay onun toyu olacaqdı.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 977 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 944 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 934 dəfə oxunub
loading...