Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ASAN viza-nın qiyməti bilindi - 2 dəqiqə lazım olacaq - VİDEO

Ölkəmizə səfər etmək istəyən əcnəbilər üçün viza prosesi daha da sadələşdirilib. İndi 15 xarici ölkənənin vətəndaşları vizani elə hava limanındaca 2 dəqiqəyə əldə edə biləcəklər. Həmçinin ölkəmizdən xarici dövlətlərə səfər etmək istəyənlər üçün də viza prosesi sadələşəcək.

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, 7 dildə xidmət ,2 dəqiqəyə verilən viza..

Bu gündən "ASAN Viza" özünəxidmət terminalları vasitəsi ilə Heydər Əliyev Beynəlxalq hava Limanında əcnəbilərə vizaların verilməsinə başlanılıb. "ASAN Viza" portalı və özünəxidmət terminalları Azərbaycan, ingilis, fransız, ispan, ərəb, fars və rus dilində olmaqla - 7 dildə fəaliyyət göstərir. Türkiyə, Yaponiya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı və Sinqapur vətəndaşları bu sitemin köməkliyi ilə birbaşa viza ala biləcəklər.

Quraşdırılmış özünəxidmət terminalları xüsusi təyinatlı ümümvətəndaş pasportu oxuyucuları, elektron ödəmələr üçün post terminallar və nəğd ödəmələr üçün əskinaz qəbuledicilərlə təmin olunub.Bu isəorta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi prosesini 2 dəqiqə ərzində təmin olunmasına şərait yaradacaq.

Yaponiya vətəndaşları üçün havalimanlarında "ASAN Viza" pulsuz ,Türkiyə vətəndaşları üçün rüsum 11 dollar,digər ölkələrin vətəndaşları üçün isə 26 dollardır. Bir ay ərzində isə digər hava limanlarında da özünə xidmətterminalları fəaliyyətə başlayacaq.

"ASAN xidmət"in sədri Ülvi Mehdiyev ölkə vətəndaşlarının da viza alması prosedurunun sadələşdiriləcəyini bildiriB.

Hazırda ASAN Viza portalı vasitəsi ilə 95 ölkəyə elektron viza verilməsi təmin edilir. Bütün sistem tam avtomatlaşdırılıb və mövcudelektron viza sistemi vasitəsi ilə ölkəyə gəlməzdən əvvəl 3 günə ə standar 7, yaxud da3 saata təcili viza ələdə edə bilirlər. səfirliklərlə danışıqlar yekunlaşdıqdan sonra eyni rahatlığq ölkə vətəndaşları üçün də təmin ediləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...