Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

20 yaşlı gəlin intihar etdi - 1 uşaq anasıdır

Masallı rayonunda 20 yaşlı gəlin intihar edib.

Mynews.az "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə dünən rayonun Kübün kəndində baş verib. 1998-ci il təvəllüdlü Nəzərova Aytən Mirdamət qızı özünü asaraq intihar edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Qeyd edək ki, Nəzərova Aytən bir uşaq anası idi

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...