Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Moskva Dövlət Universitetinin Bakı Filialı magistraturaya qəbul elan edir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı 2018/2019 tədris ili üçün magistraturaya (rus bölməsi, əyani təhsil forması) aşağıdakı istiqamətlər və magistr hazırlığı təhsil proqramları üzrə qəbul elan edir.

İstiqamətlər və magistr hazırlığı təhsil proqramları

Qəbul planı

Dövlət sifarişli yerlərin sayı

Ödənişli

yerlərin sayı

Filologiya fakultəsi

45.04.01 Filologiya

14

13

1

Təhsil proqramı: "Dilşünaslıq (rus dili)"

 

3

1

Təhsil proqramı: "Dilşünaslıq (ispan dili, fransız dili )"

 

6

Təhsil proqramı: "Ədəbiyyatşünaslıq (rus ədəbiyyatı)"

 

2

Təhsil proqramı: "Ədəbiyyatşünaslıq (ispan ədəbiyyatı, fransız ədəbiyyatı)"

 

2

Tətbiqi riyaziyyat fakultəsi

02.04.01 Riyaziyyatvə kompüter elmləri(təhsil proqramı: "Riyazi modelləşdirmə")

6

5

1

Kimya fakultəsi

04.04.01 Kimya

7

6

1

Təhsil proqramı: "Üzvi kimya"

 

2

1

Təhsil proqramı: "Fiziki kimya"

 

2

Təhsil proqramı: "Neft kimyası"

 

2

 

Psixologiya fakultəsi

37.04.01 Psixologiya

14

12

2

təhsil proqramı: "İnkişaf psixologiyası"

7

6

1

təhsil proqramı: "Sosial psixologiya"

7

6

1

İqtisadiyyat fakültəsi

38.04.02 "Menecment"(təhsil proqramı "Beynəlxalq biznes")

12

10

2

Mynews.az Trend-ə istinadən bildirir ki, 2018-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının magistr proqramları üzrə birinci kursuna daxil olmaq üçün ərizə qəbulu 2018-ci il mayın 11-dən iyunun 13-dək elektron qaydada keçiriləcək. Ərizə forması http://msu.az saytında və yaxud, DİM-in http://dim.gov.az/ saytında doldurula bilər.

Əvvəllər Azərbaycan Respublikası büdcəsi hesabına magistratura səviyyəsində təhsil almayan Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və əvvəllər Azərbaycan Respublikası büdcəsi hesabına magistratura səviyyəsində təhsil almayan əcnəbilər üçün təhsil ödənişsizdir. Bu şəxslər yalnız büdcə yerlərinə iddia edirlər və sınaq imtahalarında topladığı ballara və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər. MDU-nun Bakı filialının magistraturasına daxil olmaq istəyən bakalavrlar Filialda keçiriləcək sınaqlarda iştirak etmək hüququ qazanmaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən Ali məktəblərin magistratura səviyyəsinə qəbul imtahanlarının birinci turunda istənilən qrup üzrə 45 və daha artıq bal toplamalıdırlar. DİM tərəfindən keçirilən imtahanların birinci turunda toplanmış ballar qəbul sınaqlarında qazanılan ballarla toplanılmır, onlar bakalavra yalnız Filialın keçirdiyi qəbul imtahanında iştirak hüququ verir və yekun nəticəyə təsir göstərmir.

Əvvəllər magistratura səviyyəsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış Azərbaycan Respublikası vətəndaşları, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər, eləcədə vətəndaşlığı olmayan və Azərbaycan Respublikasında daimi yaşamayan əcnəbilər üçün təhsil forması - ödənişlidir. Bu şəxslər yalnız ödənişli yerlərə iddia edə bilərlər, onlar sınaq imtahalarında topladığı ballara və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər və Filialın təşkil etdiyi qəbul sınaqlarına DİM-in keçirdiyi test imtahanında iştirak etmədən buraxılırlar. Azərbaycan vətəndaşları üçün magistraturada illik təhsil haqqı 2500 manat, xarici vətəndaşlar üçün üçün isə illik 1800 ş.v. təşkil edir.

İmtahanqabağı məsləhət və imtahan günlərində magistraturaya qəbul olmaq istəyən şəxslərin üzərində aşağıdakı sənədlər olmalıdır:

Şəxsiyyəti təsdiq edən sənəd; Elektron qeydiyyat sistemindən çap olunmuş şəxsi imzası olan buraxılış vərəqəsi. Universitetin (institutu) müvəffəqiyyətlə bitirilməsi haqqında arayış (diplom olmadığı halda)

Bütün məsləhət saatları və imtahanlar Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəs, Universitet küç.,1 ünvanında keçiriləcək.

Magistratura proqramları üzrə təhsil almaq üçün Moskva Dövlət Universitetinin Bakı filialının http://msu.az/ saytı və yaxud, DİM-in http://dim.gov.az/ saytı vasitəsi ilə elektron ərizə verdikdən sonra FİN kodu olmayan xarici vətəndaşlar 15-18 iyun 2018-ci il tarixlərində (15 və 16 iyun tarixlərində saat 10:00-dan 17:00-dək, 17-18 iyun tarixlərində isə saat 10:00-dan 12:00-dək) Bakı şəhəri, Xocasən qəsəbəsi, Universitet küçəsi, 1 ünvanına şəxsən gələrək imtahana buraxılış vərəqəsini və ərizəni təsdiqləməlidirlər.

FİN kodu olmayan xarici vətəndaşlar qeydiyyatdan keçən zaman üzərində aşağıdakı sənədlər olmalıdır:

1. Şəxsiyyəti təsdiq edən sənəd;

2. Elektron qeydiyyat sistemindən çap olunmuş şəxsi imzası olan buraxılış vərəqəsi;

3. Elektron qeydiyyat sistemindən çap olunmuş şəxsi imzası olan ərizəsi;

4. Ali təhsil haqqında sənədin əsli;

5. (6 aydan az müddət əvvəl çəkilmiş rəngli, başıaçıq şəkil)

Aşağıdakı məlumata diqqət yetirməyiniz də xahiş olunur:

Filiala qəbul olunan şəxslər DİM siyahılarından çıxarılır və sonradan Azərbaycan Respublikasının digər Ali məktəblərinə daxil olmaq üçün müsabiqədə iştirak etmirlər. Filialda təhsil prosesi M.V.Lomonosov adına MDU-nun tədris planları və proqramları üzrə həyata keçirilir və tədrisdə innovativ təlim texnologiyalarından və metodlarından geniş istifadə edilir. Dərs məşğələləri əsasən, M.V.Lomonosov adına MDU-nun professor-müəllim heyəti tərəfindən aparılır. Filialın magistraturasının məzunlarına M.V.Lomonosov adına MDU-nun magistr diplomu veriləcək. "Beynəlxalq biznes" üzrə magistr proqramı modul xarakteri daşıyır. Bir sıra fənlər Bakıda və Moskvada tədris olunacaq. Magistrantlar öz arzularına görə ikinci kursda ödənişli əsaslarla Jönköping University (İsveç) ali təhsil ocağında təhsillərini davam etdirə bilərlər. Təhsillərini müvəffəqiyyətlə bitirdikdən sonra magistrlar həm M.V.Lomonosov adına MDU-nun, həm də İsveç universitetinin diplomlarını alacaqlar.

Qəbulla bağlı bütün məlumatlar, o cümlədən, sənəd qəbulunun müddəti, qəbul sınaqlarının tarixləri, həmçinin siyahılar MDU-nun Bakı Filialının http://msu.az/ saytında və məlumat stendlərində yerləşdirilir.

E-mail: [email protected]

Əlaqə telefonu: +99412 409 33 71


                                                

                        
                        
                        
                        
                        
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...