Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda doğulur, vətəndaşlıq alır, amma orduya getmirlər - Onları SİZ DƏ TANIYIN

Bakının müxtəlif küçələrində, metro çıxışlarında kifayət qədər qaraçı görmək mümkündür. Həmin ərazilərin daimi sakininə çevrilən qaraçıların yaşam şəraiti hər zaman maraqlı olub. Təkcə paytaxtda deyil, Azərbaycanın az qala bütün bölgələrində qaraçılara rast gəlmək mümkündür. 

Qaraçılar əsasən Yevlax, Qax və Ağdaş rayonları ərazisində sıx yaşayır. Əsas məşğuliyyətləri dilənçilikdi. Bu məşğuliyyətləri ilə əməlli-başlı qazanc əldə edən qaraçıların əksəriyyəti qeydiyyatsız, pasportsuz yaşayır. Hətta onların övladları icbari təhsilə də cəlb olunmurlar.

Maraqlıdır, Azərbaycanda məskunlaşan qaraçıların vətəndaşlığı, qeydiyyatı varmı? Onlara nəzarət edilirmi? 

“Təmas” İctimai Birliyinin rəhbəri Südabə Məmmədova Cebhe.info-ya açıqlamasında deyib ki, ümumiyyətlə Azərbaycanda yaşayan qaraçıların vəziyyəti başqa ölkələrdə yaşayan qaraçılardan çox-çox yaxşıdır: “O mənada ki, Azərbaycan tolerant ölkədir. Onlar burada heç bir diskriminasiyaya uğramırlar. Yəni qaraçılar cəmiyyətdən təcrid olunmurlar. Amma onlar özləri özlərini cəmiyyətdən təcrid edirlər ki, bu da başqa məsələdir. Amma onların hər birinin Azərbaycan vətəndaşlığı var. Onlar Azərbaycan vətəndaşlığına xas olan bütün hüquqlardan istifadə edə bilirlər. Məsələn, Orta Asiya ölkələrində doğulan qaraçının şəxsiyyət vəsiqələrinə “çıqan” yazılır. Amma Azərbaycanda belə deyil. Sadəcə olaraq qaraçıların çoxu özlərini cəmiyyətdən təcrid edirlər. Kompakt şəkildə yaşayırlar və övladları adətən evdə doğulur. Bu səbəbdən sənəd ala bilmirlər. Amma çox rahat şəkildə vətəndaşlıq ala bilirlər. Cəmiyyət tərəfindən onlara hər hansı problem yaradılmır. Problem onların içərisindədir”.

QHT rəhbərinin sözlərinə görə, qaraçıların qeydiyyat məsələsində maraqlı məqamlar var: “Onlar əsasən boş torpaqlarda, qanunsuz, sənədsiz evlər tikib yaşıyırlar. Sənədsiz olduğu halda da təbii ki, qeydiyyatları olmur. Bir sözlə harda gəldi ev tikirlər. Ən çox Yevlaxda, Balakən və Zaqataladakı kəndlərdə məskunlaşırlar. Digər problemləri isə övladlarını təhsildən yayındırmalarıdır. Mənə elə gəlir ki, buna hər hansı nəzarət mexanizmi də yoxdur. Amma hərbi xidmətə gedənləri var. Son zamanlar onların özləri də sənəd, qeydiyyat məsələlərinə maraqlıdırlar. Amma çox hallarda uşaq evdə doğulduğundan heç nə edə bilmirlər”. 

Azərbaycanda yaşayan qaraçıların dəqiq sayına gəlincə, Südabə Məmmədova bundan məlumatsız olduğunu deyib: “Bu statistika bəlli deyil. Çünki onların şəxsiyyət vəsiqələrində Azərbaycan vətəndaşı yazılır. Kim desə ki, “Azərbaycanda məsələn, bu qədər qaraçı var”, mən o saya inanmaram. Çünki onlar hamısı Azərbaycan vətəndaşlarıdır və dilimizdə də təmiz danışırlar”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...