Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İş icazələri ilə bağlı DMX-də Şura yaradılacaq

Dövlət başçısının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq, Dövlət Miqrasiya Xidməti bu sahə ilə bağlı mərkəzi icra hakimiyyəti orqanı kimi qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində işəgötürənlərin iş icazəsi ilə, əmək miqrasiyası kvotası ilə bağlı müraciətlərinə tam şəffaf şəkildə baxılmasını təmin edəcək.

Mynews.az-ın məlumatına görə bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün yerli və xarici iş adamları ilə görüşündə deyib.

O bildirib ki, bununla bağlı məlumatların rahat, əlçatan formada saytda yerləşdirilməsi təmin ediləcək:

“Ölkəmizdə fəaliyyət göstərən yerli və xarici sahibkarlar konfederasiyalarının, iş icazələri üçün müraciət edən iri şirkətlərin nümayəndələrinin təmsil etdiyi iş icazələri ilə bağlı Şuranın yaradılması üzrə danışıqlara başlanılıb və qısa müddətdən sonra Şuranın fəaliyyəti barədə məlumat ictimaiyyətə təqdim ediləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...