Daha bir telejurnalistə vəzifə verildi
İndiyədək CBC telekanalında Xəbərlər Departamentinin prodüseri vəzifəsində işləyən Yaqut Məmmədova (Tapdıqqızı) Səhiyyə Nazirliyinin mətbuat xidmətinə təyinat alıb. Onun mətbuat xidmətinə məsləhətçi təyin olunduğu bildirilir.
Mynews.az xəbər verir ki, bu barədə məlumatı nazirlikdən modern.az-a təsdiqləyiblər.
Xatırladaq ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Liya Bayramova bir müddət öncə elmi fəaliyyəti ilə bağlı işdən çıxmışdı. Şöbənin digər əməkdaşı Cavid Xəlilov da könüllü olaraq işdən azad edilmişdi.
Qeyd edək ki, Yaqut Məmmədova əvvəllə "Lider" TV-də, "New Bakupost" qəzetində çalışıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 942 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 915 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 907 dəfə oxunub
loading...