Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Faciədən 3 il keçir ... - FOTOLAR

Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 3 il ötür. 

Mynews.az azxeber.com-a istinadən xəbər verir ki, 2015-ci ilin 19 may tarixində səhər saatlarında baş vermiş yanğın hadisəsi nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb. 

Yanğının başlamasına səbəb kimi binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilib.

Hadisədən sonra prezident tərəfindən baş verən yanğın faktı ilə bağlı Dövlət Komissiyası yaradılıb. 20 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hadisə yerini ziyarət edib.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. Cinayət Məcəlləsinin 3 maddəsi əsas götürülüb.

Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb. 

Yanğın nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat verilib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...