Nazir Ürək Mərkəzini deputatdan aldı
Millət vəkili, Azərbaycanın tanınmış cərrahı Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin rəhbərliyindən uzaqlaşdırılıb.
Mynews.az xəbər verir ki, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev dünən sərəncam imzalayıb.
Xəbəri Rəşad Mahmudovun özü “BakuPost”-a təsdiqləyib.
Onun sözlərinə görə, Bakı Ürək Mərkəziylə bağladığı müqavilənin müddəti mayın 18-də bitib. Müqavilənin müddəti artırılmadığına görə onun işinə xitam verilib.
Qeyd edək ki, Milli Məclisin (MM) Səhiyyə komitəsinin üzvü olan Rəşad Mahmudov son aylar səhiyyə naziri vəzifəsinə iddialı şəxs kimi təqdim edilib.
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi” ötən ilin may ayında yaradılıb.
Mərkəzə həmin gündən Rəşad Mahmudov rəhbərlik edib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 960 dəfə oxunub
- Emin Ağalarov söz verdi 960 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 958 dəfə oxunub
loading...