Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Get işinlə məşğul ol, qaydanı pozmuşam, cəriməmi yazacaq” - Reyd zamanı gərgin anlar - VİDEO

Bəzi "peşəkar" sürücülər unudurlar ki, bu cür davranışlar problemdən çıxış yolu deyil.

Mynews.az ARB 24-ə istinadən xəbər verir ki, yol hərəkəti qaydalarına əməl etməyənlər hər zaman xoşagəlməz məqamlarla rastlaşır - mübahisələrlə, cərimələrlə.

Sürücülərin başına gələn problemlərin, əslində, asan həlli yolu var - sükan arxasına əyləşərkən yol hərəkəti qaydalarına, əlini vicdanına qoyaraq daim əməl etmək. Əks halda xoşagəlməz məqamlar hər zaman yolunuzu kəsəcək. 

Qanunu pozan sürücülərin polis əməkdaşı qarşısında dedikləri, görünür, söz yığınından başqa bir şey deyil.

Dövlət Yol Polisi işçilərinin növbəti reydi bunu bir daha sübut etdi. Ərazidə vəzifəsini yerinə yetirən müxbirin "Niyə qaydaları pozursuz?" sualına sürücü "Get işinlə məşğul ol! Qaydanı pozmuşam, cəriməmi yazacaq" deyə cavab verdi. Amma bu sürücü, müxbirdən fərqli olaraq öz işindən və yoldakı vəzifələrindən, deyəsən, bixəbərdir. Sükan arxasına əyləşən bu şəxs sürücülük hüququ olmadan avtomobil idarə etsə də həvəsi ona baha başa gəldi.

Cibinizdən olmaq istəmirsinizsə, əsl sürücü olun, yox əgər sürücü olmaq niyyətiniz yoxdursa, onda sükanı belə saxlamayın! Nəzərə almaq vacibdir ki, yollarda məsuliyyətsizlik ən azından sizin özünüz üçün problem yaradır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...