Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Evini yandıran veteran itkin düşüb

Xəbər verdiyimiz kimi, mayın 11-də Abşeron rayonu, Mehdiabad qəsəbə sakini, 1976-cı il təvəllüdlü Qarabağ müharibəsi əlili Fuad Arif oğlu Əkbərov Fatmayi kəndindəki birmərtəbəli evini icra nümayəndələrinə etiraz əlaməti olaraq yandırıb.

Mynews.az oxu.az-a istinadən məlumatına görə, hazırda müharibə əlili itkin düşüb.

Məlumat ölkənin hüquq mühafizə orqanlarından verilib. Həmçinin veteranın həyat yoldaşı Tamam Əkbərova da müxbirimizə məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, Əkbərovun atası oğlunun itkin düşməsilə bağlı polisə müraciət edib.

Xatırladaq ki, Oxu.Az hadisə ilə bağlı araşdırma aparıb.

Xəbər verildiyi kimi, Mehdiabad qəsəbəsi sakini, 1976-cı il təvəllüdlü Qarabağ müharibəsi əlili Fuad Arif oğlu Əkbərov Fatmayi kəndindəki birmərtəbəli evini Abşeron rayon İcra Hakimiyyətinin rəhbəri İradə Gülməmmədovaya etiraz əlaməti olaraq yandırıb.

İcra hakimiyyəti Əkbərovun bu iddialarını təkzib edib və onun sözlərini “təxribat” adlandırıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...