Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı Dairəvi-1 və Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Dairəvi-1 avtomobil yolunun 0-14 km-də, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 0-16 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Mynews.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq sözügedən avtomobil yollarında hərəkət iş aparılan bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılır.

Bununla əlaqədar olaraq sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...