Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

10 il sonra bunlar olmayacaq - Avtodayanacaqlar, kredit kartları və ...

Tanınmış futurist Maykl Makkvin yaxın 10 ildə həyatımızdan silinəcək 5 şeyin adını açıqlayıb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Maykl Makkvin yaxın gələcəkdə "İtunes” proqramının silinəcəyini və "Apple” şirkətinin  böyük vəsaitlərini "Apple Music”ə yatıraraq ona daha çox diqqət ayıracağını deyib.

Onun fikrincə, kredit kartları da tarixə qovuşacaq. Son illərdə texnologiyanın daha da inkişaf etdiyini deyən Maykl Makkvin üztanıma proqramlarının təkmilləşəcəyini və bu səbəbdən kredit kartlarına ehtiyac olmayacağını vurğulayıb.

Avtodayanacaqlara da ehtiyac qalmayacaq. Pilotsuz avtomobillərin sayının artması ilə avtodayanacaqların azalacağını proqnozlaşdıran Makkvin bildirib ki, qarşıdakı illərdə hər 10 nəfərdən 9-u belə avtomobillərə üstünlük verəcək. "Uber" kimi avtomobil xidmətlərindən daha çox istifadə ediləcək və nəticədə bu cür dayanacaqlara ehtiyac olmayacaq.

"Qaynar xətt” mərkəzləri və yanacaq doldurma məntəqələri də sıradan çıxacaq. Yanacaqdoldurma mərkəzlərinin sıradan çıxmasına səbəb isə elektriklə işləyən avtomobillərin sayının artması olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...