Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda özəl klinikada ara qarışdı - Nə baş verir?! (Təfərrüat)

“Grand Hospital”da kütləvi ixtisar olub.

Özəl klinika rəhbərliyinə Yalçın adlı Türkiyə vətəndaşı yeni direktor gətirilib. Bundan sonra klinika həkimləri kütləvi şəkildə işdən çıxarılmağa başlanılıb. Belə ki, 2 gün əvvəl – yəni şənbə günü illərdir, klinikada işləyən həkimlər səhər işə gəldikdə əvvəlcədən heç bir xəbərdarlıq edilmədən otaqlarına buraxılmayıblar.

Nə baş verdiyini anlamayan həkimlər rəhbərliyə müraciət edib. Klinika rəhbərliyi onlarla daha işləmək istəmədiklərini, yerlərinə Türkiyədən həkim gətirdiklərini bildirib. Həkimlərin qarşılaşdığı bu “sürpriz” ciddi narazılığa səbəb olub.

Həkimlərin bildirdiyinə görə, klinika rəhbərliyi onların əmək hüququnu kobudcasına pozmaqla yanaşı, həm maddi, həm də mənəvi ziyan vurub.

Əməkdaşlar işdən çıxarılan həkimlərin bəzilərinin adlarını BakuPost-a təqdim edib.

Arzu Əyyubova
Rasim Məhərrəmov
Afaq Ələsgərova
Röyal Hacıməmmədov
Namiq İsmayılov
Seymur Mehtiyev
Sənan Aşirov
Toğrul Ömərov

Qeyd edək ki, işdən çıxarılanlar hospitalın ən məşhur həkimləridir.

Hazırda klinikada gərgin vəziyyət hökm sürür.

Məsələ ilə bağlı “Grand Hospital”ın mətbuat xidmətinin rəhbəri açıqlama vermək istəməyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...