Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda iki əsr fəaliyyət göstərən zavod bağlandı

“Bakı Yod” Açıq Səhmdar Cəmiyyəti  ləğv olunduğunu elan edib.

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Qeyd olunur ki, kreditorlar tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, 10 ünvanında bildirə bilərlər.

Xatırladaq ki bir neçə il əvvəl Dövlət Əmlak Məsələləri Komitəsi “Bakı Yod” ASC-nin səhmlərinin 94,46 faizinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdi. Görünür, özəlləşdirmə zavodu iflasdan xilas edə bilməyib. 

Zavod 1934-cü ildə yaradılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...