Çimərliklərdə monitorinqə başlanılıb
Bakı şəhərinin inzibati rayonlarının ərazilərində fəaliyyət göstərən çimərliklərdə dəniz suyunun laborator müayinəsinə başlanılıb.
Mynews.az-ın məlumatına görə, bunu açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.
O bildirib ki, aparılan monitorinqlər oktyabr ayının 1-dək davam edəcək:
“Monitorinq Bakı, Abşeron, Azərbaycanın şimal və cənubunda yerləşən bütün çimərlikləri əhatə edəcək. Bu proses zamanı çimərliklərdə dəniz suyunun laborator müayinələri aparılacaq.
Dəniz suyu kimyəvi, radioloji, bakterioloji və toksikoloji analizlərdən keçiriləcək. Məhz bu analizlərdən sonra çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığına qərar veriləcək.
Bu tətqiqatların yekun nəticəsi haqqında da ictimaiyyətə geniş məlumat veriləcək”.
Z. Kazımov əlavə olaraq onu da qeyd edib ki, 2010-cu ildən bu günə qədər Respublikanın Baş Dövlət sanitariya həkiminin 83 saylı qərarı ilə Qaradağ rayonu ərazisində yerləşən Sahil çimərliyi və Səbail rayonu ərazisindəki Şıx çimərliyindən istifadə etmək qadağan edilib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 950 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 921 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 913 dəfə oxunub