Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hərbi qulluqçular yaxın günlərdə pensiyalarını alacaqlar - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən may ayının pensiyalarının ödənişi prosesi başa çatıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Mynews.az-a verilən məlumata görə, mayın 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, mayın 14-də əhalisi məcburi köçkün olan rayonlar da daxil olmaqla, daha 22 rayon üzrə, son iki gündə isə qalan rayonlar üzrə pensiyaların maliyyələşdirilməsi həyata keçirilib.

Nazirlikdən bildirilib ki, qrafik əsasında hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların pensiyalarının onların hesablarına köçürülməsi isə yaxın günlərdə təmin olunacaq. 

Xatırladaq ki, pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafikinə əsasən, Azərbaycanda pensiyaların ödənişi Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək, respublika tabeli şəhərlər üzrə hər ayın 18-dək, digər rayonlar üzrə hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə hər ayın 29-dək yekunlaşdırılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...