Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aztəminatlı tələbələrin yataqxana xərcləri ilə bağlı - YENİ XƏBƏR

Gənclər Fondu aztəminatlı tələbələrin yataqxana xərclərini ödəyə bilər.

Mynews.az bildirir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib.

F.Cəfərov qeyd edib ki, 7 mart 2018-ci il tarixində Prezident İlham Əliyevin fərmanı ilə Gənclər Fondunun nizamnaməsi, təşkilati-hüquqi forması, təyinatı dəyişdirildi: "Artıq Fond gənclər siyasətinin formalaşmasında iştirak edən orqana çevrilib və bu sahədə hüquqi bazanın hazırlanmasında yaxından iştirak edən bir qurumdur".

O bildirib ki, Gənclər Fondunun qarşısında dayanan yeni vəzifələr sırasına gənclərin xaricdə təhsili, gənclərin xarici ölkələrdə beynəlxalq təşkilatlarda təcrübə keçməsinin maliyyələşdirilməsi, eyni zamanda, onların məşğulluğunun stimullaşdırılması proqramlarının həyata keçirilməsi, aztəminatlı ailələrdən olan tələbələrin yataqxana xərclərinin maliyyələşdirilməsi və innovativ layihələrin, "startap"ların güzəştli kredit şəklində maliyyələşdirilməsi və dəstəklənməsi daxildir:

"Gənclər Fondunun 2011-ci ildə qəbul edilən nizamnaməsi ilə 2018-ci ilin mart ayında qəbul edilmiş nizamnaməsi çox fərqlidir və hər nizamnamə ilə Fondun qarşısına fərqli vəzifələr qoyulub. Qeyd etdiyim kimi, yeni nizamnamə ilə bu vəzifələrin sırası daha da genişləndirilib. Hesab edirəm ki, Fond 2011-ci ildə qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlib və bunun da məntiqi nəticəsi odur ki, 2018-ci ildə bu vəzifələrin sırası, fəaliyyət sahəsi daha da genişlənib".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...