Azanın müxtəlif vaxtlarda səsləndirilməsi ilə bağlı - XƏBƏRDARLIQ
Ramazan ayında azanlarla bağlı Qafqaz Müsəlmanları İdarəsinin fitvası var, bütün məscidlər bu fitvaya əməl etməlidir.
Mynews.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, bu fitva ilə bərabər, QMİ-də bununla bağlı rəsmi olaraq təsdiq olunmuş təqvim var:
“Bu təqvim Şamaxı Rəsədxanasında öz təsdiqini tapmış təqvimə uyğun hazırlanıb. Rəsmi şəkildə təsdiq olunmuş təqvimdən kənara çıxan məscidlər barədə bizə məlumatlar daxil olduqda, yerli şöbələrimizin nümayəndələri həmin məscidə gedəcək.
Məscidin imamına, imam-naibinə xəbərdarlıq ediləcək. Belə hallar təkrarlanarsa, ciddi tədbirlər görüləcək. Bu tədbirlər sırasında protokol tərtib olunaraq, onların cərimələnməsi də var”.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 955 dəfə oxunub
- Emin Ağalarov söz verdi 954 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 953 dəfə oxunub