Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əfv edilənlər azadlığa buraxılır

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mayın 24-də imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

Mynews.az-ın məlumatına görə, sərəncam ümumilikdə 634 nəfərə şamil olunub.

Məhkumlardan 607-si azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad olunub.

Bundan başqa, doqquz məhkum şərti azadlıqdan məhrumetmə, altı məhkum islah işləri, 11 məhkum isə cərimə cəzasından azad edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...