ASAN mərkəzləri bir gün işləməyəcək
28 may - Respublika günü münasibətilə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür.
Mynews.az xəbər verir ki, bu barədə Oxu.Az-a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar mayın 29-dan mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan beşi paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.
Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən iki “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 997 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 959 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 949 dəfə oxunub
loading...