Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sosial şəbəkələr insanları öldürür - Araşdırma

Ürək çatışmazlığından əziyyət çəkən insanlarda ölüm riski digərlərindən daha çoxdur.

Bunun üçün də mütləq sağlam, fəal həyat tərzinə üstünlük vermək lazımdır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, son vaxtlar ürək xəstəliklərinin əsas mənbəyi insanların oturaq həyatı və sosial şəbəkələrə qarşı yarınan həddən artıq bağlılıqdır.

Belə ki, həyatdan təcrid olub, bütün zamanını internetdə keçirən insanların ürəyi təmiz hava ilə kifayət qədər qidalanmır. Bu da bir sıra ürək-damar xəstəliklərinə səbəb olur.

Amerikada həddi buluğa çatmış insanlar üzərində aparılan təcrübələr nəticəsində məlum olub ki, 6 milyondan çox amerikalı ciddi ürək xəstəliklərindən əziyyət çəkirlər. Dərin depresiya, həyəcan, tükənmişlik sindromlarına gətirib çıxaran bu halların başında daimi sosial şəbəkələrdən istifadə durur.

Lakin artıq insanların qanına hopmuş bu asılılıqdan can qurtarmaq mümkün deyil. Çünki həkimlər hər an xəstələrin yanında olub, onların həyatına müdaxilə edəcək gücdə deyirlər. Bu baxımdan, insan özünə məhdudiyyət qoymağı bacarmalıdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...