Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Əziyyəti çöldəkilər çəkir, biz çəkmirik" - Əfv olunan məhkum - VİDEO

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzaladığı əfv sərəncamının icrası bu gün başa çatıb.

Mynews.az ARB TV-yə istinadla xəbər verir ki, Şəki Penitensiar müəssisəsində də əfv olunan məhkumlar azadlığa qovuşdular.

Əfv sərəncamına əsasən, bu gün Şəki Penitensiar müəssisəsində cəza çəkən 33 məhkum azadlığa buraxılıb.

Nicat Bayramov - əfv olunan: "Gözəl hisslərdir. Azadlığın qiyməti yoxdur. əziyyəti çöldəkilər çəkir, biz çəkmirik. Biz içəridə oturmuşuq. Allah bütün valideyinləri sevindirsin".

Həqiqət Bayramova - valideyn: "Bu hisslər bütün analara qismət olsun. Tezliklə bütün məhbusların Allah xeyirlisi ilə qapısını açsın".

İlk dəfədir Şəki Penitensiar müəssisəsindən bu qədər məhkum azadlığa buraxılır. Əfv olunun məhkumlardan ikisi isə xarici ölkə - Rusiya və Gürcüstan vətəndaşıdır. Məhkumlara buraxılış vərəqəsi təqdim olunduqdan sonra onlar azadlığa buraxılıb.

Məhkumlar qədər bu əfvə sevinən yaxınları da h

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...