Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Avtomobil ikiyə bölündü, sürücünü görən donub qaldı…

Türkiyədə meydana gələn qəza hər kəsi heyrətə gətirib.

İki avtomobilin toqquşduğu qəzada maşınlardan biri toqquşmanın təsiri ilə ağaca dəyib və ikiyə bölünüb.

Mynews.az Moderator.az-a istinadən xəbər verir ki, yoldan keçən digər sürücülərin heyrətlə qarşıladığı qəza nəticəsində maşının 24 yaşlı sürücüsü parçalanan avtomobildən sağ çıxıb.

Qəzadan yüngül sıyrıqlarla qurtulan gənc ətrafdakıların köməyilə maşından çıxarılıb. Yoldan keçən vətəndaşlar isə qəza sonrası yola dağılan maşının hissələrini mobil telefon kamerası ilə qeydə alıblar.

Paylaş:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...