Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda əsas prospektlərdən biri bağlandı

Bakıda əsas yollardan biri bağlanacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən mynews.az-ə verilən məlumata görə, Heydər Əliyev prospektinin Sabunçu yol qovşağından hava limanı yol qovşağınadək olan hissəsində, axşam saat 23:00-dan səhər saatlarınadək isə əks istiqamət üzrə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

Prospektin sözügedən hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən göstərilən vaxt ərzində Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...