Azərbaycanda müəllimlərin attestasiyası ləğv olunur
Azərbaycanın dövlət ümumtəhsil müəssisələrində müəllimlərin attestasiyası ləğv edilir.
Mynews.az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinin 66-cı (Attestasiya olunmayan işçilər) maddəsinə yeni bənd əlavə edilir.
Yeni bəndə əsasən, “Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər” attestasiya olunmayacaqlar.
Qeyd edək ki, digər dəyişikliklə Azərbaycanda müəllimlərin sertifikasiyası təklif olunur.
Layihə Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 967 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 929 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 920 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 919 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 917 dəfə oxunub
loading...