Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yeddi yüz bal toplayan sumqayıtlı Cahan Həşimzadə bu universiteti seçdi - FOTOLAR

Dövlət İmtahan Mərkəzinin II ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarında 700 bal toplayan Sumqayıt Şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdi Cahan Həşimzadə "UNEC-də 1 gün” layihəsində iştirak edib.

Xeberle.com xəbər verir ki, C.Həşimzadə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində maliyyə ixtisası üzrə təhsil almaq istəyir. O, imtahanlara hazırlaşdığı gündən hədəfinin UNEC olduğunu açıqlayıb: "UNEC-in nailiyyətlərini yaxından izləyirəm. Seçimimin UNEC olmasının səbəbi çoxdur. Burada təhsilin daha keyfiyyətli olduğunu düşünürəm, imtahanların şəffaf və obyektiv təşkil olunması məni cəlb edir. Universitetə 600-dən yüksək bal toplayaraq qəbul olunan hər kəsə və imtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə xüsusi təqaüd verilməsi əladır. Bilirəm ki, 4 il ərzində 2 diplomu ancaq UNEC-də qazana bilərəm. Valideynlərim də UNEC-i tövsiyə edir. Bir sözlə, mənim arzum sadəcə tələbə adını deyil, UNEC tələbəsi adını qazanmaq olub. Son iki il ərzində ən yüksək nəticə göstərən abituriyentlərin seçimi də məhz UNEC idi. Hədəfim uğrunda rəqabətin güclü olduğunu bilirdim, ən yüksək nəticəni göstərməliydim. Çalışdım və bacardım”.

C.Həşimzadə ötən tədris ilində 700 bal toplayaraq UNEC-ə qəbul olan Cavad Əliyev və Arzu Məmmədzadə ilə görüşüb. UNEC-in tələbələri ona beynəlxalq və ikili diplom proqramları, elektron universitet modeli, tədris prosesi barədə ətraflı məlumat veriblər. Bildirilib ki, UNEC dünyanın qabaqcıl universitetləri olan London Universiteti/London İqtisadiyyat Məktəbi və Fransanın Monpelye Universiteti ilə ikili diplom proqramı həyata keçirir.

C.Həşimzadə ilə birlikdə imtahanlarda 600-dən yüksək bal toplayan dostları da UNEC-də "birgünlük tələbə” olublar. C.Həşimzadə Dövlət İmtahan Mərkəzinin keçirəcəyi ikinci imtahanlara qatılacaq dostlarına kömək etdiyini də bildirib.

Onlar ingilis dilində iqtisadiyyata giriş fənnini dinləyiblər.

Beynəlxalq İqtisadiyyat Məktəbində unudulmaz bir gün keçirdiyini bildirən C.Həşimzadə və dostları yeni tədris ilinə UNEC-də başlayacaqlarını bildiriblər.

Yeddi yüz bal toplayan sumqayıtlı Cahan Həşimzadə bu universiteti seçdi - FOTOLAR

Yeddi yüz bal toplayan sumqayıtlı Cahan Həşimzadə bu universiteti seçdi - FOTOLAR

Yeddi yüz bal toplayan sumqayıtlı Cahan Həşimzadə bu universiteti seçdi - FOTOLAR

Yeddi yüz bal toplayan sumqayıtlı Cahan Həşimzadə bu universiteti seçdi - FOTOLAR

Yeddi yüz bal toplayan sumqayıtlı Cahan Həşimzadə bu universiteti seçdi - FOTOLAR

Yeddi yüz bal toplayan sumqayıtlı Cahan Həşimzadə bu universiteti seçdi - FOTOLAR

Yeddi yüz bal toplayan sumqayıtlı Cahan Həşimzadə bu universiteti seçdi - FOTOLAR

Yeddi yüz bal toplayan sumqayıtlı Cahan Həşimzadə bu universiteti seçdi - FOTOLAR

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...