Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əli Əhmədov: Çalışan qadınların sayı kişilərdən daha çoxdur

Azərbaycanda sahibkarlığın inkişafına qadınların verə biləcəyi töhfəni artırmaq qarşımızdakı vəzifələrdən biridir.

Mynews.az xəbər verir ki, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, innovativ fəaliyyət sahəsində qadınların daha fəal iştirakına ehtiyac var.

O bildirib ki, 2018-ci il Azərbaycanda “Xalq Cumhuriyyəti ili” elan edilib ki, bu da heç təsadüfi deyil.

Baş nazirinin müavininin dediyinə görə, bununla Azərbaycan xalqı həmin dövr tariximizə olan dərin ehtiramını bildirir. 

Ə. Əhmədov deyib ki, Azərbaycan Xalq Cumhuriyyəti çox yaşaya bilməsə də, onun qoyduğu ənənələr yaşayıb:

“Azərbaycan qadınlarının hələ 100 il əvvəl ictimai həyatda yaxından iştirak etməsi üçün addımlar atılıb”.

Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycan cəmiyyətinin inkişafına qadınlar xüsusi töhfələrini verirlər:

“Azərbaycan qadınlarının bir çox fəaliyyət sahələrində təmsilçilik faizi kişilərdən çoxdur. Təhsil, səhiyyə sahəsində çalışan qadınların sayı kişilərdən daha çoxdur. Əlbəttə, biz bütün bunlarla qürur duyuruq. Amma eyni zamanda, irəliyə baxırıq. Qadın hüquqlarının təmini üçün yeni vəzifələr ortaya çıxır. 

Düzdür, idarəçilik sistemində təmsil olunan, ictimai-siyasi fəaliyyət üzrə çalışan qadınların sayı artır. Amma parlamentdə qadınların təmsilçilik faizinin 20 faizdən aşağı olması, bələdiyyədə qadınların təmsilçilik faizinin 40 faizdən çox olmaması bizi düşündürməlidir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...