Bulvarda böyük əyləncə mərkəzi açılır - FOTO
Bu il Bakı Bulvarında "Caspian Waterfront" iri əyləncə mərkəzi açılacaq. Mynews.az-ın SİA-ya istinadən məlumatına görə, bunu mərkəzin layihələndirmə işlərini görən "Chapman Taylor" dizayner şirkətinin direktoru Tim Karran deyib.
O bildirib ki, sahəsi 120 min kvadratmetr olan mərkəz ailəvi istirahət məkanı kimi hazırlanır:
"Təklif ediləcək əyləncə xidmətlərinin çeşidi çox müxtəlif olacaq, mərkəzdə bütün nəslin nümayəndələri üçün çox gözəl ab-hava yaradılacaq".
Bundan əvvəl "Caspian Waterfront" iri konqres mərkəzi olmalı idi, lakin sonradan mərkəzin təyinatı dəyişdirildi.
"Chapman Taylor"un qənaətincə, əyləncə mərkəzi Bakının simvollarından birinə çevrilməlidir.
Şirkət dizaynı hazırlayarkən Azərbaycan bayrağındakı və gerbindəki 8 güşəli ulduzdan ilhamlanıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 942 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 915 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 907 dəfə oxunub