Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ərinin öləcəyini bilən qadın onun üçün felə bir şey etdi ki, göz yaşlarına bögulacaqsınız

Həkimlər ona xərçəng xəstəsi olan ərinin bir neçə gün sonra dünyasını dəyişəcəyini deyəndə hamilə xanım ağladı 

Səhərədək ağladı. Səhər açılanda isə o, həkimlərə qərarını söylədi.
Gələcək ana, bətnindəki körpəsinin dünyaya gəlməsindən sonra onun atasını, ərinin də övladını görməsi üçün qeysər kəsimini tələb etdi.

Beləcə, ana olan qadın qızı ilə ərini, doğulan körpənin atasını görüşdürdü.
Körpə qız doğulandan 5 gün sonra isə onun atası dünyasını dəyişdi.

ABŞ-ın Texas ştatında yaşayan Mark və Diana Alqer ailəsi iki xoş xəbər almışdı.

İki övlad anası olan Diana üçüncü övladına hamilə idi. Üstəlik, mədə xərçəngi olan 52 yaşlı Markın da məruz qaldığı kimya terapiyası uğurlu nəticə vermişdi. Həkimlərin dediklərinə görə, Mark xəstəlikdən tamamilə qurtulmuşdu.

Lakin ailədə üçüncü körpənin dünyaya gəlməsinə bir neçə həftə qalmış ailə məşum xəbər aldı. Mark Alqerin kimya terapiyası xərçəng şişinin böyüməsinin qarşısını alsa da, 6 ay sürən kurs onun ağciyərlərində qarşısıalınmaz fəsadlar yaratmışdı.

Həkimlər onun ağciyərlərindəki yaraların müalicəsinin mümkün olmadığını dedilər.

Diana bunu bildi və qərarını verdi.

Onun bətnindəki körpənin normal doğuşuna iki həftə qaldığı vaxtda o, qeysər kəsimi vasitəsilə doğmaq istədiyini dedi.

Diananın məqsədi dünyaya gətirəcəyi körpəni Markın görməsi idi.

Ölümcül xəstə Mark, qızı Savannanı qucağına alıb ağladı. Xanımı Diana isə başını onun çiyninə qoyub hıçqırırdı.

Beş gün sonra Mark dünyasını dəyişdi

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...