Tanınmış telejurnalist İlham Tumas APA TV-dən ayrılıb.
İlham Tumas APA TV-də uzun müddət "Manşet" verilişinin aparıcısı olub. Bu ilin əvvəlindən isə o, "İlham Tumasla 40 dəqiqə" verilişinin həm layihə rəhbəri, həm də aparıcısı idi.
İşdən ayrılma xəbəri ilə bağlı İlham bəyə zəng etdik. O, məlumatı təsdiqlədi. Aparıcı Metbuat.az-a açıqlamasında qeyd etdi ki, "Mən uzun müddət, APA-nın tərkibində olan, "Lent.az", "Klus.az" və "APA TV"-də çalışmışam. Artıq bir həftəyə yaxındır ki, yollarımız ayrıldı"
İşdən çıxma səbəbinə gəlincə, aparıcı bu barədə açıqlama vermək istəmədi.
Xatırladaq ki, məşhur telejurnalist, eyni zamanda Qarabağ müharibəsi veteranı olan İlham Tumas AZTV, ANS, ATV kimi bir çox nüfuzlu media orqanlarında aparıcı kimi çalışıb.
Onun "Gizli Tarix" layihəsi uzun müddət ATV kanalında yayımlanıb.
Bundan sonra fəaliyyətinin harada davam etdirəcəyi barədə sualımıza jurnalist belə cavab verdi:
"Mənim APA-dan ayrıldığımı ancaq yaxın ətrafım bilir. Ona görə də hələ ki, tutarlı bir təklif almamışam. Təbii ki, fəaliyyətimi jurnalist olaraq davam etdirəcəyəm."
Bahadur Seyidov
1
"Məlhəm Hospital"da yoxlama - Direktor cəzalandırıldı
515 dəfə oxunub
2
Bu ərazilərə qar yağır
461 dəfə oxunub
3
Azərbaycanda müəllim qızını xilas edərkən kanalda boğulub öldü
456 dəfə oxunub
4
Azərbaycanda daha bir bayram günü İŞ OLMAYACAQ
442 dəfə oxunub
5
"Lotu Quli"nin yaxın adamını öldürən şəxsin cəzası azaldıldı
425 dəfə oxunub