"Diaspor işinin strateji istiqaməti olmalıdır" - Fuad Muradov
"Bizim diaspor məsələri ilə bağlı strateji istiqamətimiz olmalıdır. Bu istiqamət təkcə Rusiyadakı deyil, digər ölkələrdəki diaspor təşkilatlarımızın da yaşadıqları ölkə ilə Azərbaycan arasında körpü rolunu oynamasından ibarətdir".
Mynews.az-ın məlumatına görə, bunu Femida.az-ın Rusiya bürosuna açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. O bildirib ki, Dövlət Komitəsinin əsas məqsədlərindən biri diaspor təşkilatları arasında koordinasiya işini təşkil etməkdir.
Rusiyanın Həştərxan vilayətindəki Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndirən komitə sədri onları Rusiyanın digər regionlarında olan diaspor təşkilatlarına nümunə kimi göstərib: "Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin dediyinə görə, özünün köməkçiləri arasında iki azərbaycanlı var. Bu, çox yaxşı haldır".
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 978 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 948 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 938 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 937 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 935 dəfə oxunub