Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Öldürün onu, ya da daha qaça bilməsin deyə ayaqlarını kəsin” - HƏYAT HEKAYƏSİ - FOTOLAR

Taleyi barədə söhbət açacağımız qız 2014-cü ildə terrorçuların onun yaşadığı kəndə hücum etdiyi zaman qohumları ilə birgə əsir düşüb. Bununla da dinc həyat qul həyatı ilə əvəzlənib.

Qız hər dəfə imkan yaranan kimi qaçmağa cəhd göstərib, o, buna dörd dəfə nail olub. Gedəcək yeri olmadığından digər ailələrdən kömək istəyib, lakin həmin şəxslər İŞİD-çilərə sadiq olduqlarından Lamiyəni geri qaytarıblar. Lamiyə hər dəfə amansızcasına döyülüb və işgəncələrə məruz qalıb.

Qızın xatirələri: “növbəti dəfə döyüldükdən sonra hakim məni öldürməyi və ya bir daha qaça bilməyim deyə ayaqlarımı kəsməyi təklif etdi”. Lamiyənin sözlərinə əsasən, onun ilk ağası “cihadçı”ların komandiri olub. O, qızı qandallanmış vəziyyətdə saxlayıb və əxlaqdankənar hərəkətlər edib.

Qız iki aydan sonra yenidən satılır. Onun budəfəki sahibi bomba və kamikadze kəməri hazırlanması ilə məşğul olub. Yekun nəticədə Lamiyəyə qaçaqmalçılara 800 dollar ödəyən doğma dayısı qaçmağa kömək edib. Qız daha iki nəfəri xilas etməyə qərar verib: rəfiqəsi və 9 yaşlı qızı.

Qaçış zamanı onlar minaya düşərək ölüblər, sonda yalnız Lamiyə sağ qalıb. O, ciddi travma alıb və gözlərini itirib. Əsgərlər tərəfindən tapılan qız xəstəxanaya aparılıb və əməliyyat olunub. Daha sonra Almaniyadakı xəstəxanaya göndərilib və orada qalıb.

Lamiyə hazırda əsirlikdə olanları xilas etmək üçün hüquqmüdafiə fəaliyyəti göstərir. Onun 9 yaşlı bacısı Mayada da indiyə qədər terrorçuların əlində qalmaqdadır.

(interaztv)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...