"Bakının Baş Planı istiqamətində işlər araşdırılaraq, hərtərəfli qiymətləndiriləcək"
Bakının Baş Planının hazırlanması istiqamətində bu günədək görülmüş işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dərindən araşdırılaraq, hərtərəfli qiymətləndiriləcək.
Komitədən Mynews.az-a verilən məlumata görə, 2011-2016-cı illər ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə "Böyük Bakının Regional İnkişaf Planı" və onun əsasında "Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı"nın layihəsi hazırlanmışdır. "Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı" Bakının Baş Planı kimi təqdim edilsə də, onun aidiyyəti üzrə razılaşdırılması tamamlanmayıb, sənəd Nazirlər Kabineti tərəfindən təsdiq edilməyib.
Baş Planın əsas şəhərsalma sənədi olduğunu və paytaxtın sistemli və davamlı inkişafı üçün strateji əhəmiyyət daşıdığını nəzərə alaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi başlanılmış işlərin sona çatdırılmasına xüsusi önəm verir.
Bu qiymətləndirmə başa çatdıqdan sonra Bakı şəhərinin Baş planının hazırlanması işləri davam etdiriləcək, həmin sənədin Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin tələblərinə tam cavab verməsi və aparıcı dünya təcrübəsinə uyğunluğu təmin ediləcək. Bu prosesə yerli mütəxəssislərlə yanaşı nüfuzlu beynəlxalq ekspertlərin də cəlb olunması planlaşdırılır.
Bakı şəhərinin Baş Planının hazırlanması işi tam həcmdə yekunlaşdıqdan sonra, sənəd aidiyyəti təşkilatlarla razılaşdırılacaq və təsdiq olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunacaq.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1138 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1126 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1126 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1124 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1013 dəfə oxunub