Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İki atanın davası və ya Beyləqanda "zorlanan" məktəbli qız - Təfərrüatlar

"O, şagirdin yaxasının düyməsi də açılmayıb.”

Bunu açıqlamasında Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova zorlamada ittiham olunan şagirdlə bağlı yayılan videoya münasibətində deyib. O, bu hadisənin əslində bir ay bundan əvvəl baş verdiyini qeyd edib:

"Anlaya bilmirəm ki, bunu indi niyə yayırlar?

Yalandır, camaatın qızına şər atırlar. Orda zorlanma hadisəsi olmayıb. İnanın səmimiyyətimə, şagirdin yaxası belə açılmayıb. Hamımızın balası var. Opüşmək zorakılıq hadisəsidir? Opüşmək cinsi əlaqədə olmaq deməkdir? Mən videonu görməmişəm. Nə video? Belə bir şey yoxdur. Bu çox səhv addımdır. Əlbəttə ki, hamı məktəbə opüşməyə deyil, təhsil almağa gəlir. Biz Təhsil Nazirliyinə və Beyləqan Rayon Polis şöbəsinə yazılı şəkildə məlumat vermişik.”

Xuraman Rüstəmova şagirdin atasının kənddə düşmənləri olduğunu vurğulayıb: "Bu hadisə həmin adamlar tərəfindən şişirdilib. Gənclər bir-birini sevirmiş. Dərs başa çatandan sonra bunlar qapını örtüb sinif otağında öpüşüb. Şagirdlərdən biri qəfil qapını açıb və onların opüşdüyün, qucaqlaşdığını görüb. Həmin şahid də qızın atasını istəməyən tərəfin birinin övladıdır. O, bu hadisəni gedib evdə deyib. Onun atası da bundan sonra hadisəni rayonla bir edib. İstədim ki, həmin şagirdin atası cəzalandırılsın, axı, uşağa şər atmaq olmaz. Bu səbəbdən də polisə üz tutdum.”

Direktor deyib ki, zorlamada ittiham olunan şagird məktəbə gəlmir: "Utanır. Amma digər iki oğlanın da məktəbə buraxılmasına mən icazə vermirəm. Çünki bu belə olmaz. Hazırda araşdırma gedir. Əgər həmin şagirdlərin hərəkəti təhsil qanunlarına uyğundursa, məktəbə buraxılacaq, yox deyilsə, onda ikisi də məktəbdən kənarlaşdırılacaq. Sənin davan var atası ilə çək. Ata ilə çəkə bilmədiyin bir qisası niyə onun qızından çıxırsan?

Xuraman Rüstəmova bu hadisədə nöqsana yol verən şəxslərin cəzalandırıldığını da qeyd edib: "Mən qızla bağlı tibbi ekspertizadan arayış aldım. Bundan əlavə qızın özünün də yazılı izahatı var. Mən bunu məhkəməyə tədqim edib həmin şagirdə ləkə atanlar haqqında cəza tədbiri görülməsini tələb edəcəm.”

Məsələ ilə əlaqədar Beyləqan Rayon Polis Şöbəsi ilə əlaqə saxladıq. Şöbədən belə bir zorlama faktının olmadığını, heç bir cinayət işinin açılmadığını bildirdilər.

Beyləqanda orta məktəb şagirdi 17 yaşlı A.Z.-nın oğlan dostu Məlik Hüseynov (ad şərtidir) tərəfindən zorakılığa məruz qaldığı deyirlir. Meydan TV-yə bununla bağlı videogörüntünün göndərildiyi deyilir. Hadisə ilə bağlı "rayon polis şöbəsində cinayət işi açılıb. Bir nəfər həbs edilib, digəri azadlıqdadır”-deyə bildirilir.

//AzNews.az

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...