Yay aylarında Azərbaycanda harada dincəlmək olar?

Yay mövsümündə ecazkar təbiət, mülayim dəniz və təmiz hava axtaranların heç də uzağa getmələrinə ehtiyac yoxdur. Zəngin təbiəti, ildən-ilə artan turizm potensialı ilə ölkəmiz istər yerli, istərsə də xarici turistlərin yay mövsümünü yaddaqalankeçirmələri üçüntam ixtisaslaşıb.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, əsrarəngiz təbiət, tarixi abidələr, zəngin mətbəx, ekstremal əyləncələr və dəniz turizmi.
Azərbaycan bölgələrinin turizm sahələri üzrə ixtisaslaşması ölkəmizə turist axınına müsbət təsir edir.
Xüsusilə də yayın vazkeçilməzi hesab olunan çimərlik mövsümü ölkəmizdə iyun ayından başlayaraq sentyabrın sonunadək davam edir.
Meşə və dağlara səyahəti sevənlər üçün isə bir-birindən maraqlı turlar sizin macəraya olan həvəsinizi tam təmin edə bilər. Bura ovçuluq, ekstremal xarakterli safari turları və Qafqaz dağlarına səfərləri daxil etmək olar.
Bir çox turizm bölgələrində xeyli sayda müalicəvi termal və mineral bulaqlar da var ki, bu sahədə də turistlər üçün geniş istirahət imkanları açılır. Naftalan nefti, Masallıda isti su və Naxçıvan duz dağ müalicə komplekslərində hər il minlərlə turist sağlamlıqlarını bərpa edə bilir. Bölgələr üzrə seçim isə turistin istəyinə uyğun aparılır.
Bunlardan başqa, hər il paytaxt və bölgələrdə ölkəyə gələn qonaqlar və yerli sakinlər üçün bir-birindən maraqlı musiqi konsertləri də təşkil olunur ki, bu da həmin şəhərləri turistlər üçün cazibə mərkəzinə çevirir.
Cəmiyyət
- “Xəzər” TV-də nə baş verir?
- Kirayə evlərə sahib olmaq istəyənlərin nəzərinə - ŞƏRTLƏR MƏLUM OLDU
- Vilayət Eyvazov Dövlət Yol Polisi barədə göstəriş verdi
- Sürücülük vəsiqəsi ilə bağlı VACİB XƏBƏR - Bundan sonra imtahan... - VİDEO
- Ermənilər AzTV-nin əməkdaşlarına xəsarət yetirdi
- Azərbaycanda iki qanun ləğv edildi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Xoşqədəm efirdə hönkür-hönkür ağladı - "Özümü bağışlaya bilmirəm" - VİDEO 197 dəfə oxunub
- Azərbaycanlı icra başçısı işə avtobusla gedir 191 dəfə oxunub
- Ermənilər AzTV-nin əməkdaşlarına xəsarət yetirdi 189 dəfə oxunub
- Azyaşlını bədənindən “cin çıxararkən” döyüb öldürdülər 188 dəfə oxunub
- Prezident Administrasiyasında daha bir - TƏYİNAT 185 dəfə oxunub