Bu ixtisasları seçən abituriyentlərə 200 manat əlavə təqaüd veriləcək
Aqrar yönümlü ixtisasları seçən abituriyentlərə əlavə təqaüd veriləcək.
Kənd Təsərrüfatı Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin aqrar sahəyə və aqrar təhsilə diqqəti və qayğısı nəticəsində Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazası ən müasir standartlara uyğun yenidən qurulub, iki tələbə evi gənclərin istifadəsinə verilib. Universitet müasir laboratoriyalar və avadanlıqlarla təchiz olunub.
Bu gün qeyri-neft sektoru olaraq aqrar sahənin inkişafı və bunun üçün bazar rəqabətli, innovativ, müasir düşüncə tərzinə malik kadr bazasının yaradılması dövlətin əsas prioritetlərindəndir.
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında 500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, zootexniklik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, aqromühəndislik, meliorasiya və su təsərrüfatı, tikintisi mühəndisliyi, şərabçılıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, su bioehtiyatları və akvabitkilər, ekologiya, baytarlıq və əczaçılıq ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 (iki yüz) manat əlavə təqaüd veriləcək. Aqrar yönümlü ixtisasların hamısı dövlət sifarişlidir, yəni bütün təhsil xərcləri dövlət hesabınadır. Universitet bundan əlavə abituriyentlərə yüksək təhsillə yanaşı müasir standartlara cavab verən yataqxana da vəd edir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1114 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1101 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1101 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1098 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 995 dəfə oxunub