Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Vəkillik institutunun 100 illiyi qeyd olunacaq

Azərbaycanda vəkillik institutunun yaradılmasının 100 illiyi qeyd ediləcək.

Mynews.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov Vəkillər Kollegiyası “Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiya və vəkilliyə namizədlərin andiçmə” mərasimində deyib.

Onun sözlərinə görə, altı ay ərzində Vəkillər Kollegiyasının rəyasət heyəti gərgin vəziyyətdə işləyib:

“Vəkillərin Kollegiyasının saytında vəkillərin reyestri yerləşdirilib. Bu da  müəyyən şəxslərin vəkil kimi özlərini təqdim etməsinin qarşısını almaq üçün vacibdir. Bundan əlavə Kollegiya bir sıra qonşu ölkələrlə əlaqələr qurub.

Anar Bağırov bildirib ki, Azərbaycanda beş bölgədə Vəkillər Kollegiyasının regional qurumları yaradılmalıdır: 

“Dörd  bölgədə Vəkillər Kollegiyasının qurumunun yaradılması barədə razılıq əldə edilib. Bir regionda isə müvafiq danışıqlar aparılır. Eyni zamanda  dövlət hesabına hüquqi müdafiə ilə bağlı məbləğlər 3 dəfə artırılıb. Bu əhəmiyyətli məsələ idi”.

Sədr qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Andlı Vəkillər Palatası  30 iyul 1919-cu ildə fəaliyyətə başlayıb:

“Biz bununla bağlı arxiv materiallar əldə etmişik. Hər bir vəkilin ən böyük arzularından biri vəkillərin peşə bayramının olmasıdır. Ümid edirəm ki, gələn il vəkillərin peşə bayramını, eyni zamanda Azərbaycanda vəkillik institutunun yaradılmasının 100 illiyini qeyd edəcəyik”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...