Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Zaqatalada afterşokların sayı 75-ə çatıb - YENİLƏNİB

“Zaqatalada baş verən zəlzələdən sonra afterşokların sayı 75-ə çatıb. Hazırda afterşoklar davam edir”.

Bunu APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

Şöbə müdiri qeyd edib ki, afterşokların hamısı zəif və hiss olunmayan təkanlardır.

***

09:38

"Zaqatalada baş verən zəlzələdən sonra indiyədək 7 afterşok qeydə alınıb".

Bu barədə APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, Zaqatalada zəlzələ güclü olduğundan böyük ehtimalla afterşoklar bir müddət davam edəcək.

Qeyd edək ki, dünən yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində 6 bal gücündə olub.

Xatırladaq ki, 2012-ci ildə də Zaqatalada güclü zəlzələ baş verib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...