Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İtaliyada göldə boğulan azərbaycanlının meyidi tapılmır - Tələbələr aksiya keçirəcək - FOTOLAR

Xəbər verdiyimiz kimi, İtaliyada azərbaycanlı tələbə dünyasını dəyişib. 

Roma Universitetinin Politologiya fakültəsinin tələbəsi olan 29 yaşlı Elnur Babayev Kastel Qandolfo şəhərindəki göldə boğularaq həyatını itirib. Hadisə iyunun 2-də baş verib.

Mynews.az xəbər verir ki, hadisədən 4 gün keçsə də, hələ də tələbənin meyiti tapılmayıb. Bu haqda azxeber.com-a İtaliyada təhsil alan tələbələr məlumat verib.

Onların dediyinə görə, əməliyyat qrupları meyiti axtarmaq istəmir. Belə ki, həmin göl çox dərin olduğuna görə, əraziyə texnika gətirilməlidir. Ancaq İtaliya rəsmiləri bunu etməkdə maraqlı deyil. Məhz bu səbəbdən bir qrup tələbə bu gün İtaliyada aksiya keçirəcək. Onlar İtaliya dövlətinin məsələyə müdaxilə etməsini və daha həssas yanaşmasını istəyir.

Qeyd edək ki, E.Babayev ailənin yeganə oğludur. Onun atası artıq İtaliyadadır.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...