Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kollegiya sədri vəkillərə xəbərdarlıq etdi

Artıq 20-30 manat alıb sənədlərə qol çəkilməsi hallarına son qoyulmalıdır.

Mynews.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov Vəkillər Kollegiyası “Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiya” mövzusunda tədbir və namizədlərin andiçmə mərasimində bildirib. 

Onun sözlərin görə, vətəndaşlardan şikayətlər gəlir, biz bunlardan xəbərdarıq: 

“20-30 manat alıb sənədlərə qol çəkilməsi hallarına son qoyulmalıdır. Buradan bütün vəkillərə xəbərdarlıq edirəm”.

Anar Bağırov bildirib ki, Vəkillər Kollegiyası baş verən bütün neqativ hallarla bağlı məlumatlıdırlar: 

“Vəkillər düşünməsin ki, biz bu barədə məlumatsızıq. Sizlərdən ancaq qanunun tələblərinə uyğun vəkillik fəaliyyəti ilə məşğul olmaq tələb edilir”. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...