Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Transseksual Dərya : " "İntim əlaqəyə girməzdən əvvəl etiraf edirəm ki, mən kiməm"

Allah insanı 2 cins olaraq yaradıb: kişi və qadın … Lakin bu bir reallıqdır ki, cinsi azlıq problemi həmişə olub, lakin son illər sanki bilərəkdən daha çox qabardılır.  Bəli, həqiqətən də bu bir xəstəlikdir. İnsanın belə olması bir xəstəliyin nəticəsidir. Lakin indi Avropanın təsiri ilə bu, xəstəliklər siyahısından çıxarılıb. Deyirlər ki, yox, bu xəstəlik deyil, insanın öz istəyinin nəticəsidir. Onlar özləri də özlərini əsla “xəstə” adlandırmırlar. Avropa isə bu işin təbliğinə, insan hüquqları adı altında dünyaya yeridilməsinə milyardlar xərcləyir. 20-30 il əvvəl belə insanlar cəmiyyətdən təcrid olunurdular, münasibət daha sərt idi. Ancaq indi onlar kimliklərini gizlətməkdən çəkinmirlər, hətta bu barədə rahat danışa da bilirlər. Gəlin görək müsəlman ölkəsində yəni Azərbaycanda yaşayan 28 yaşlı transseksual Rzazadə Dərya Teymur oğlu ( indiki adıdır –red) 4 il əvvəl həyatında baş verən bu dəyişimiXƏBƏRÇİ.AZ- a necə izah edir:

Mən Dərya uşaqlıqdan özümü qadın hiss edirəm.  Elə uşaqlıqdan qadın kimi idim, qız uşaqları hansı oyuncaqla oynayarlarsa, mən də elə idim. Bəzəkli gəlinciklərim var idi. Zamanla müəyyən yaşa çatandan sonra anladım  ki, artıq ayıbdı. Mən özümü cəmiyyətdə kişi kimi göstərməliyəm, amma içimdə qadın olduğumu hiss edirdim. Bu hiss də məni dəli edirdi ... Bir arzum var idi, qadın olmaq ! Əsl qadın ...

İlkin mərhələ ...

"Hər şey qaşdan, lazerdən, kosmetolojı baxımlar, qulluqlar, növbənöv əməliyyatlar, gellərdən başlayır. Birdə baxırsan ki, geri dönüş yoxdur. Hər etdiyin baxımlar səni əks cinsə daha da gözəl və cəlbedici göstərir. Hər bir transseksualın ilk əməliyyatı burunla bağlı olur. 

Cəmiyyətin translara təsiri ...

"Mən bilirəm ki, bizim kimilərin cəmiyyətə heç bir xeyri yoxdur. Amma onların da bizləri təhqir etməyə, söyməyə haqqı yoxdur. O qədər bizi təhqir edirlər ki, depresiyaya düşürük, bəzilərimiz isə dözməyib intihar edirlər. Hər kəs bizi qəbul etmək məcburiyyətində deyil, amma anlayışlı yanaşmaq məcburiyətindədir". 

Bu xəstəlik deyil ...

Əgər bu xəstəlik olsaydı, çoxdan sağalardıq. Öz üstümüzə bu qədər pul qoyuruq, elə onu verib özümüzü müalicə etdirərdik. Bütün izləyicilərinizə üzümü tutub deyirəm ki, bunu xəstəliklə əlaqləndirməsinlər. Bəzən soruşurlar ki, Dərya kişi olmaq asan idi yoxsa qadın, mən də deyirəm ki, insan olmaq çətindir. 

Bir də ayıldım ki, artıq geri dönüş yolum yoxdur !

" Trans olduğum üçün peşman deyiləm. Amma tam kişi olmaq mümkün olsaydı, istərdim ki, üzümdəki kosmetikanı yuyum, qoyma, taxma hər bir şeyi çıxarım və əsl kişi olum. Amma mənə bu cür olmaq daha rahat və xoşdur.

Anam məni elə bu cür qəbul edib ...

Hər bir valideyn istəyər ki, övladı səhvsiz olsun. Təəssüf ki, nə valideynlər bizi seçə bilir, nə də biz onları ... Qaldı valideynlərimə anam sağdı, atam rəhmətə gedib. Ailənin tək övladı olduğum üçün onlar da məni qəbul etdi. Bu da mənə çox xoşdu. Bütün valideynlərə demək istərdim ki, övladınızı tək buraxmayın, onlar hansı pis yolda olsalar belə, onlara dəstək olun.  

Trans cinayətləri ...

Hər bir trans başqa bir kişi ilə intim əlaqəyə girməzdən əvvəl etiraf edir ki, mən bu cürəm. Bunu gizlətmirik.  Amma nədənsə bizimlə görüşən kişilər, sonradan nəysə cinayət olarsa, yalan uydururlar. Deyirlər ki, guya bilmirdilər ki, biz transıq.  Amma heç bir cəsarətli oğlan demir ki, sırf mən onun transseksual olduğunu bilirdim və buna görə onunla yatmaq istəyirdim. Mən özüm də, heç bir zaman trans olduğumu gizlətmirəm, bunu danmıram. Salamlaşandan sonra  mütləq deyirəm ki, mən kiməm. Uzatmağı sevmirəm. Hə-hə, yox-yox ...  

Valideyn olmaq arzusu ...

Mən hələ son əməliyyatımı etməmişəm. Tam olaraq qadın olmamışam. Onu etməzdən əvvəl istərdim ki, uşağım olsun. Əvvəl övladımın atası, daha sonra isə anası olacağam.  İnanıram ki, övladıma nəinki analıq əsl valideynlik edə biləcəyəm. Amma övladım da, mənim kimi olsa yenə qəbulumdur. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...