Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Küçələrə icazəsiz reklam vuranlara xəbərdarlıq - Cəzalandırılacaqlar

Paytaxtın müxtəlif yerlərində qanunsuz olaraq müxtəlif reklamlar yapışdırılır.

Mynews.az xəbər verir ki, Bakı şəhərinin müxtəlif yerlərində divarlara, metronun havalandırma borularının üzərində tez-tez kortəbii yapışdırılmış reklamları görmək mümkündür.

Dövlət Reklam Agentliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Azəri bildirir ki, belə hallarla mübarizə aparılır. İlk olaraq isə bunu edənlərin maarifləndirilməsi üçün tədbirlər görülür.

Ancaq şəhərin müxtəlif yerlərinə qanunsuz olaraq elan yapışdıran şəxslər xəbərdarlıqlara məhəl qoymazlarsa, onda İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunur.

Qurumun sözçüsü onu da qeyd etdi ki, "Reklam daşıyıcılarının onlayn qeydiyyat" sistemi qısa zamanda istifadəyə veriləcək. Bununla da reklam vermək istəyən şəxslər ərazidən asılı olaraq xərclərini avtomatik öyrənə biləcək. Bu isə reklam sahəsində həm şəffaflığı təmin edəcək, həm də reklam vermək üçün əlavə vaxt itkisnə ehtiyac qalmayacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...