Bakıda avtobus sürücüsü sərnişini yaraladı - ''elə sürürərəm ki, qıraram sizi'' - VİDEO
Sürücü avtobusu elə idarə edib ki, sərnişinlərdən biri yerə yıxılıb və ayağı zədələndiyindən qalxa bilmir. Sürücü bu vəziyyətdə belə avtobusu saxlamayıb və sürətlə hərəkətə davam edib.
Görüntülər ötən gün "Xətai" metrosu ilə Sabunçu rayonu, Ramana qəsəbəsi arasında fəaliyyət göstərən 49 saylı marşrut avtobusunda lentə alınıb. Üstəlik, görüntünü çəkən xanım, sürücünün sərnişinlərə ''elə sürürərəm ki, qıraram sizi'' dediyini də iddia edir. Həmin görüntüləri çəkən Sevil Vəlizadə hadisənin necə baş verdiyini ''Xəzər Xəbər ''ə danışıb.
Hadisə şahidinin sözlərinə görə, xanım yıxıldıqdan sonra digər sərnişinlər avtobusu saxlamağı tələb etsə də, sürücü buna məhəl qoymayıb. Üstəlik, xanımın yanında az yaşlı uşaq da olub.
49 saylı marşrut xəttinin nəzarətçiləri isə bu hadisəni törədən sürücünün işdən azad edildiyini bildirir.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, daşıyıcıya analoji halın baş verməməsi üçün zəruri tədbirlər görməsi ilə bağlı göstəriş verilib. Eyni zamanda, sözügendən videomateriallar hüquqi qiymət verilməsi üçün müvafiq qurumlara təqdim ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 963 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 933 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 923 dəfə oxunub