Nazirlik polietilen qablaşdırma ilə bağlı həyəcan təbili çalır
Mağazalarda təklif edilən məhsuların 99 faizi polietilen və plastik qablaşdırmadır.
Mynews.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, nazirlik tərəfindən polietilin qabların deyil, kağız və parça materialların istafədəsini məsləhət görür:
“Bu qablar hər birimizə hiss olunmadan zərər vurur. Mağazalarda təklif edilən məhsulların demək olar, 99 faizi polietilen və plastik qablaşdırmadır”.
Umayra Tağıyeva qeyd edib ki, plastik tullantıların yığılması üçün konteynerlərin sifarişi verilib:
“Konteynerlərin yerləşdirilməsi üçün Bakı, Sumqayıt və Gəncə şəhər icra hakimiyyətlərinə məktublar göndərilib. Müəyyən məsələlər dövlət tərəfindən həll edilməlidir. Ancaq bu təhlükənin qarşısını almaq üçün vətəndaşlar özləri də səy göstərməlidir. Məsələn, hər bir xanım öz çantasında parçadan olan torba götürə bilər”.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 975 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 942 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 932 dəfə oxunub